3 Mart 2015 13:11
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

İTV 60-cı "Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçınıdaxili seçim əsasında müəyyənləşdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə telekanalın rəsmi internet saytında yazılıb.

Hal-hazırda yaradıcı heyət mayda Avstriyanın Vyana şəhərində keçiriləcək yarışmanın çıxışının təşkili üzərində çalışır.

Milli seçimdə iştirak etməyə hazır, ölkə təmsilçiliyinə iddialı və özünə güvənən ifaçılar (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan əsilli ifaçılar) seçimlərə qatılmaq üçün özləri ilə bağlı məlumatı (ad, soyad, doğum tarixi, yaşadığı şəhər və sair barədə əsas məlumatlar, performansın audio/video yazısı, "Youtube" linki və beş ədəd foto) buünvanına göndərə bilərlər: [email protected]

"Eurovision 2015"dəki təmsilçimizin və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.

Qeyd edək ki, Azərbaycanilk dəfə 2008-ci ildə yarışmaya qatılıb.2011-ci ildə təmsilçilərimiz Ell və Nikki "Running Scared" mahnısı ilə ölkəyə qələbə gətirib. 2012-ci ildə Azərbaycan 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.

Rüstəm


Müəllif: