Türkiyəli məşhur aktrisa Tuba Böyüküstün ərəb ölkələrində çox sevilir və böyük fanat kütləsinə sahibdir.
Publika.az xəbər verir ki, cazibədar aktrisanın atdığı hər addımı yaxından təqib edən Ərəb dünyası bu dəfə də onu ölkənin ən çox satılan jurnalının üz qabığına çıxarıb.
Dünyaca məşhur moda jurnalı “Marie Claire”in Ərəb nəşri üçün “Louis Vuitton” imzalı geyimlərlə kamera qarşısına keçən Tuba gözəlliyini və zərifliyini nümayiş etdirib.
Ötən il “UNICEF”in xoşməramlı səfiri seçilən və aktrisalığı ilə yanaşı sosial məsuliyyət layihələriylə də tez-tez gündəmə gələn Tuba jurnala maraqlı müsahibə verib. O, aktrisalıq karyerasından, ailə həyatına kimi bir çox mövzuda sualları cavablandırıb.
Tuba Böyüküstünün fotoları olan jurnal şəhərdəki afişalarda reklam edilib.