11 Mart 2015 16:46
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Zülfiyyə gitaranı atıb, sazı tutub.

Bu barədə o özü “Space” telekanalının “Günaydın” verilişində məlumat verib. Aşıq Zülfiyyə atasının ona qonşudan götürdüyü borc pulla aldığı gitaranı atdığını deyib:

“Gitaranı uşaqlıq həvəsi ilə almışdım. Saz özümüzünkü olduğu üçün sonradan gitaranı atdım. İndi gitarada da ifa etməyi bacarıram. Ancaq çox zəif, elə-belə bilirəm”.

Aşıq Zülfiyyə sazdan başqa məqsədlər üçün istifadə edənlərdən də danışıb: “Mənim fikrimcə, onlar sazın qarğışına tutulurlar”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün "Space" telekanalında saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında yayımlanır.

publika.az


Müəllif:

Oxşar xəbərlər