ABŞ-ın tanınmış müğənnisi və aktrisası Uitni Hyustonun 22 yaşlı qızı Bobbi Kristina Braun Atlantadakı xəstəxanadan yaxınlıqdakı bərpa mərkəzinə keçirilib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, mərhum müğənninin yeganə qızı olan B.Braun artıq 2 aydır koma vəziyyətindədir.
Lakin bu o demək deyil ki, qızın vəziyyəti yaxşılaşır. Sadəcə olaraq bərpa mərkəzi koma vəziyyətində olan xəstələrin uzunmüddətli qayğısına qalmaq üçün əlverişli yerdir.
Qeyd edək ki, B.Braun yanvarın 31-də evində huşsuz vəziyyətdə tapılmışdı. Onun bu vəziyyətə düşməsinin səbəbləri hələ də müəyyənləşdirilməyib.
Onun anası U.Hyuston isə üç il əvvəl narkotik qəbulundan ölüb.