Avstraliyanın məşhur modelləri alt geyim markası olan “Bonds”un 100 illiyi üçün obyektiv qarşısına keçib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, modellər arasında Miranda Kerr də olub. Cazibədar model “Bonds” markası üçün ilk dəfə 12 il öncə, 18 yaşında poza verib.
O, yenidən eyni marka üçün işləməyin çox həyəcan verici olduğunu deyib.
Teleqraf.com modelin 12 il öncə çəkilən fotolarını təqdim edir:
Rüstəm