14 Aprel 2015 15:46
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınımış aktrisa Qvinet Peltrou həftədə 29 dollara yaşamağa çalışacaq.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aktrisa “Twitter” hesabında bildirib. Bu vəsait ABŞ-da aztəminatalı vətəndaşlara ərzaq dəstəyi proqramı çərçivəsində ayrılır. Baxmayaraq ki, əksər insanlar bu məbləğlə razı deyil.

Aktrisa fotosunda ən lazımlı ərzaqları aldığını nümayiş etdirib. Düyü, qara lobya, yumurta, göyərti, pomidor, avakado, soğan, sarımsaq və laym. Qvinet vegeterian olduğu üçün bazarlıq siyahısına ət və süd məhsulları daxil olmayıb.

Xatırladaq ki, aktrisa “Food Bank Challange” layihəsinə qoşulmaqla 4.3 dollara bir gün yaşamağın mümkün olmadığını göstərmək istəyir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər