Aktyor Kamran Ağabalayev “Tərkedilmiş 2. Bütün dünya Çirkin” filmi üçün əməliyyat olunacaq.
Bu barədə Teleqraf.com-a açıqlamasında aktyor özü deyib. Onun sözlərinə görə filmin davam hissəsində onun oynadığı obrazın uzun saçları olmalıdır: “Birinci filmdən fərqli olaraq ikinci filmdə Çirkinin saçı çox uzun olmalıdır. Rejissor Korhan Uğur vizual dəyişməyimi istədiyindən “Positive International Medical Group” saç əkimi əməliyyatını öz üzərinə götürüb. Bir sözlə, bu filmdə saçlarım çox uzun olacaq”.
O bildirib ki, filmin çəkilişləri avqust ayında start götürəcək: “Mənə filmin sinopsisini göndəriblər. Bütün hadisələr Çirkin obrazının ətrafında cərəyan edəcək. “Tərkedilmiş” həm Türkiyədə, həm də Azərbaycanda çox maraqla qarşılandı. Əminəm ki, bu film də uğurlu olacaq.
Məlumat üçün bildirək ki,Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan “Tərkedilmiş”də azərbaycanlı aktyorlardan Kamran Ağabalayev, aktrisa Könül Nağıyeva çəkilib. Filmin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.
Nərmin