Teleaparıcı, “Bakı-2015” ilk Avropa Oyunlarının Ulduz Elçisi İlkin Həsəni Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə “selfie” çəkdirib.
Teleqraf.com-un məlumatına görə, İ.Həsəni özçəkimi özünün Facebook səhifəsində “Bu da Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə ilin “selfie”si” qeydi ilə paylaşıb.
Qeyd edək ki, bu gün I Avropa oyunlarının məşəlinin alonlandırılması mərasimi baş tutub. Mərasimdə Prezident İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər. Məşəl Suraxanı rayonu ərazisindəki Atəşgahda alovlandırılıb.
Kəmalə