Yumorist və teleaparıcı Fərda Xudaverdiyev gənc həmkarlarını tənqid edib. O, izlədiyi gənc aktytorlara görə əziyyət çəkdiyini bildirib.
“Mən dövlət kanalında çalışanda yazdığım mətnlər bir həftə müzakirə olunurdu. Redaktə olunduqdan sonra efirə çıxırdıq. İndi isə küçədə yazıb gəlir çxır efirə, güldürmək istəyir. Özünün yumor hissi olmayan başqalarını güldürmək istəyəndə, yumor hissi olanlar əziyyət çəkirlər. Mən onlara görə əziyyət çəkirəm”.
O həmçinin 3 dəfə efirə çıxanların ulduz xəstəliyinə tutulmasından da danışıb.
“3 dəfə efirə çıxanlar içəri elə girir ki, az qala adamın üstündən keçir. Başa düşürük, tanınmısan. Amma mərifət, qanacaq olmalıdır. Bu, adamın qanında-canında olmalıdır”.
Fərda Xudaverdiyev gənc yumoristlərə çağırış da edib:
Yumor sənəti kənardan asan görünsə də, əslində, çox çətindir. Bu sənətdə çalışan qardaş və bacılardan xahiş edirəm: insanların ətini tökməyin”.