6 May 2015 19:04
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Yeganə bu gün “Günaydın” verilişinin qonağı olub. Verilişə müğənni tək deyil, oğlu Məhəmməd Ömər ilə birlikdə gəlsə də, o, efirə çıxmayıb. Verilişdə isə anası oğlu haqda danışıb.

“Oğlum heç kəsə isnişmir. Heç kəsi nə öpür, nə özünü öpməyə qoyur. Hətta Ağadadaş Ağayev deyir ki, sənin oğlunu fonoqramma ilə öpmək lazımdır”.


Verilişin aparıcısı Vüsalə Kərimova da Yeganənin oğlu haqda maraqlı açıqlama verib.

“Verilişə bazlamazdan əvvəl Yeganənin mahnısını qoyduq ki, məşq edək. Anasının səsini eşidən Məhəmməd Ömər barmaqları ilə qulaqlarını tutdu ki, yenə başladınız?”

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

publika.az


Müəllif:

Oxşar xəbərlər