11 May 2015 18:52
564

Braziliyalı top-model Adriana Lima Marc Jacobs Decadence qadın parfümünün siması elan edilib.

Teleqraf.com xəbər verir ki, cazibədar model bu barədə şəxsi "Instagram" hesabında məlumat verib. O, reklam kampaniyasının kadrarxası məqamlarını, eləcə də dizayner Mark Ceykobsla birgə fotosunu paylaşıb.

Qeyd edək ki, 33 yaşlı model bundan öncə Marc Jacobs brendinin geyim istiqamətinin siması seçilmişdi. Ötən həftə Nyu-Yorkda keçirilən möhtəşəm Met Gala şousunda isə Lima Marc Jacobs markasına adi libasda görünmüşdü.

Rüstəm


Müəllif: