İrina Şeyk "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldodan ayrılmasının səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, rusiyalı model portuqaliyalını хəyanətə görə tərk etdiyini etiraf edib. O, "The Sun" qəzetinə verdiyi açıqlamasına bunları deyib:
"Ona gələn mesajları görürdüm. Özümü çox pis hiss edirdim. Ronaldoya inanmışdım və onun mənə xəyanət edəcəyini gözləmirdim. Ronaldo məni axmaq yerinə qoydu".
Ronaldo və Şeyk 2010-cu ildə çəkildikləri reklam çarxından tanış olmuşdular.
İrina artıq bir müddətdi amerikalı aktyor Bredli Kuperlə görüşməyə başlayıb.
Rüstəm