26 May 2015 13:47
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni məhkəmədə məğlub olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Əmrahın dayısı oğluna qarşı qaldırdığı iddiası məhkəmə tərəfindən rədd edilib.

Dayısı oğlu Nedret İpek televiziya proqramına qatılaraq müğənniyə 86 yaşlı atasını yaşadığı evdən çıxartdığı üçün "xeyirsiz, vəfasız, vicdansız, ədəbsiz" deyib. Bunu təhqir kimi qəbul edən ifaçı məhkəməyə müraciət edərək 100 min liralıq (təxminən 40 min manat) təzminat iddiası qaldırıb.

Əmrah bildirib ki, şəxsi evini təmənnasız dayısına verib. Maddi durumu ağırlaşan dayı evi satmaq qərarına gəlib.

İki il davam edən məhkəmə Əmrahın təhqir olunmasına dair iddiasını təmin etməyib. Əsas kimi müğənninin ictimai statusu göstərilib.

Rüstəm


Müəllif: