29 May 2015 10:21
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur fotoqraf Mario Testino “Towel Series” adlı layihəsi ilə yenidən mətbuatın gündəmindədir.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Peru mənşəli Britaniya fotoqraf dünya ulduzlarını çılpaq, sadəcə dəsmala bürünmüş halda çəkir. Testinonun obyektivinə artıq Keyt Moss, Miranda Kerr, Mayli Sayrus, Kendis Sveynpol, Emili Di Donato poza verib. Fotoqrafın sözlərinə görə, bu ideyaya onu Elizabet Teylorun 1992-ci ildə çəkdirdiyi şəkil sövq edib. Son günlərdə Testinonun siyahısına top-modellər İrina Şeyk, Naomi Kempbell, Kara Delevin, Jizel Bundhen və Natalya Vodyanova daxil olub. Zərif cinsin nümayəndələrindən başqa, Mario Testinonun bu layihəsində kişi ulduzlardan Kriştianu Ronaldu, Devid Qandi, Qaspar Ulel və başqaları da iştirak ediblər.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər