27 İyun 2015 10:31
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun məşhur aktyorlar Marion Kotiyyar və Bred Pitt yeni çəkiləcək casus filmində rol olacaqlar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, adı hələlik gizli saxlanılan ekran işinin prodüseri Qrem Kinqdir. Filmin rejissoru Oskar laureatı "Forest Qamp", "Geri keçmişə" trilogiyasına görə tanınan Robert Zemekis olacaq.

Qeyd edək ki, bu il Marion Kotiyyarı Maykl Fassbenderlə birlikdə "Makbet" filmində görəcəyik. Onun premyerası Kann kinofestivalında baş tutub.

Bred Pitt isə rejissor və ssenarist olaraq çıxış edəcək Ancelina Coli ilə "Dənizdə" filmindəki rolu ilə izləyiciləri sevindirəcək.

Rüstəm


Müəllif: