27 İyun 2015 11:49
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktyoru Conni Depp Fransada keçmiş həyat yoldaşı Vanessa Paradi ilə yay tətillərini keçirdiyi malikanəsini satışa çıxarıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 200 ilik tarixi olan evin sahəsi təxminən 15 hektardır. Burada 5 yataq otağı, 2 qonaq otağı, qaraj, bar-restoran, mətbəx, fitnes mərkəzi, oyun zalı, böyük hovuz, habelə, Conni Deppin şəxsi studiyası var. 1800-cü illərdə tikilmiş malikanənin təmirinə Depp 10 milyon dollar pul xərcləyib. Aktyor hətta burada "Karib dənizinin quldurları" stilində şərab evi də tikib.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: