19 İyul 2015 11:05
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samir Piriyev 2 aydır davam edən Ramazan ayından sənətinin inkişafı üçün səmərəli istifadə edib. Müğənni "Solo Band" musiqi qrupu ilə konsert qabağı məşqləri edib.

Bu haqda xəbəri Publika.az-a ifaçının prodüseri Anar Mədətov məlumat verib.

"Uzun müddətdir ki, Samir konsert məşqlərini edir. Düzdür, bu ərəfədə əksər müğənnilərin başı toya qarışıb. Samir isə toylarla yanaşı, konsert proqramı ilə çıxış edəcək. Konsert Samir yeni mahnıları ilə yanaşı, bütün hit mahnılarını da ifa edəcək".

Qeyd edək ki, konsert 26 iyul Lənkəran şəhərində baş tutacaq.


Müəllif:

Oxşar xəbərlər