2011-ci ildə “Şıkır şıkır” mahnısına görə məhkəməlik olan müğənnilər Gülbən Ərgənlə Mustafa Sandal, nəhayət, barışıb.
Publika.az xəbər verir ki, prodüser-aparıcı Acun İlıcalının “TV 8” kanalında yayımlanan “Rising Star” yarışmasında münsif kürsüsündə əyləşən müğənnilər canlı yayımda barışaraq hər kəsi təəccübləndiriblər.
Barışıq üçün ilk addımı Mustafa Sandal atıb.
“Düşünürəm ki, bəzi şeylər geridə qalmalıdır. Gülbən xanımla mənim xırda bir problemimiz var idi. Biz bu məsələni həll etdik” - deyən Mustafa Sandal Gülbən Ərgəni qucaqlayıb.