Ayaqqabı markalarının bir çoxu indidən 2015-2016 payız-qış mövsümünün ayaqqabı modellərini satışa çıxarıb. Hər tərzə uyğun, bir-birindən təsirli modellər moda həvəskarlarının ixtiyarına buraxılıb. Dəbi yaxından təqib edən ayaqqabı həvəskarları üçün 2015-2016 payız-qış mövsümündə dəbdə olan ayaqqabı modellərini təqdim edirik:
Ayaqqabılar: “Nine West”
Rahatlığına düşkün olan qadınların üstünlük verdiyi maskulin (kişisayağı) tərzi ayaqqabılar demək olar ki, hər markanın kolleksiyasında rastımıza çıxır.
Ayaqqabılar: “Prada”
“Prada”-nın payız-qış kolleksiyasında “Marry Ceyn” kimi tanınan və geniş rəng çeşidi olan bu ayaqqabı modellərini mövsümün trendləri arasında görə biləcəksiniz.
Çəkmələr: “Calvin Klein”
Zərif qadın ayaqlarını qışın soyuğundan qoruyan çəkmələr sözsüz ki, bu il də aktual olacaq. Qarşıdan gələn mövsümdə həm uzunboğaz, həm də dizə qədər olan çəkmələrlə qəşəng qış obrazı yarada biləcəksiniz. Yağışlı günlər üçün xüsusi hazırlanan rezin çəkmələr bu mövsüm də kolleksiyalar arasında yer alır.
Qış mövsümündə ayaqqabıları əsasən, dəmir detallar bəzəyəcək. Ötən illərdən fərqli olaraq, bu il dabanlarda da dəmir elementlər nəzərə çarpır. Bu kimi ayaqqabı modellərini sadə paltarla birləşdirsəniz, həm güclü, həm də zərif görünəcəksiniz.
Ayaqqabı: “Burberry”
Çantalardan geyimlərə qədər hər yerdə istifadə edilən qotazlar və saçaqlar bu mövsümdə də ön plandadır. Bu cür ayaqqabılar xüsusilə ətəklərlə gözəl görünür.
Ayaqqabı: “Just Cavalli”
Payız mövsümünün ayaqqabı dəbindən danışırıqsa, “Just Cavalli”- nin kolleksiyasındakı ayaqqabılardan bəhs etməmək olmaz. Bu brendin kolleksiyasında qızılı, zoğalı, qara və torpaq rəngləri ilə yanaşı, iddialı rənglər və naxışlar da göz qamaşdırır.
Ayaqqabılar: “Dolce Gabbana”
“Dolce & Gabbana” moda evinin qış kolleksiyasında da güllər açıb. Ayaqqabı kolleksiyası "Güllər", "Mavi Majolica" və "Qurşağı krujeva kolleksiyası" kimi üç ayrı konsepsiyada təqdim edilib. Moda evinin payız-qış kolleksiyasında krujeva detalları da diqqət çəkir.
Əsasən, gecə paltarlarında və çantalarında görməyə vərdiş etdiyimiz daş detalları bu moda evinin ayaqqabı kolleksiyasında da göz oxşayır. Parıltılı daşlarla bəzədilmiş ayaqqabılar sadə geyimi inanılmaz dərədəcə gözəlləşdirir.(publika.az)