Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova gözəllik sirlərini paylaşıb.
Publika.az-a açıqlama verən aktrisa plastik əməliyyatlardan qorxduğunu da gizlətməyib:
“Qırışlardan çox qorxuram, çalışıram ki, əmələ gəlməsin. Buna görə muzoterapiyanın müxtəlif üsullarından istifadə edirəm. Vaxtaşırı salonlara gedib, dərimə qulluq edirəm. Müxtəlif maskalarla dərimin qocalmasının qarşısını almağa çalışıram. Hələ ki, buna birtəhər nail oluram, görək sonra necə olacaq? Amma plastik əməliyyatdan çox qorxuram. Gələcəkdə yəqin ki, ehtiyac yaranacaq, amma bunu indidən fiikirləşəndə dəli oluram”