Müğənni Elnarə Xəlilova və Xuraman Şuşalı əməkdaşlığa başlayıb. Hicaba keçdikdən sonra əsasən, qadın məclislərində çıxış edən Xuraman Şuşalı bir neçə ildir ki, xınayaxdı mərasimlərinin təşkili və keçirilməsi ilə məşğuldur.
Bu barədə Teleqraf.com- a danışan Elnarə bildirib ki, Xuraman Şuşalı ilə birgə çalışacaq: “Hər kəs bilir ki, el şənliklərində çox az hallarda, yaxından tanıdığım, kontingenti haqqında məlumatlı olduğum məclislərdə çıxış edirəm. Məndən çox xahiş edirdilər ki, xına məclislərinə qatılım. Qızların, gəlinlərin, anaların, baldızların, bacıların, qayınanaların bu xahişini nəzərə alaraq qərara gəldim ki, xına mərasimlərində çıxış edim. Bu işdə Xuramanla əməkdaşlığa başladıq. Hələlik bir ay sınaq müddəti olacaq. Artıq məni xına mərasimlərində də görəcəksiniz”.
Rəqsanə Həsənova