3 Sentyabr 2015 21:37
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur müğənni Teylor Svift yeni klipi irqçilik ittihamlarına səbəb olub.

Teleqraf.com "lifenews"a istinadən xəbr verir ki, ifaçının "Wildest Dreams" (Vəhşi Arzular) adlı mahnısına çəkilmiş klipini irqçiliyi yaymaqda ittihamda edilib.

"MTV Video Music Awards" mərasimində təqdim olunan klipin çəkilişi Afrikada həyata keçirilib. Ekran işində 1950-ci illərdə ki kino çəkilişində bir-birinə aşiq olan sevgililərdən bəhs olunur. Baş rollarda
müğənni Teylor Svif və aktyor Skott İstvud çəkilib.

Tənqidçilər klipdə iki qaradəlinin çəkildiyni və hər ikisinin əsgər formasında olmasını qınayıblar.

Ekran işinin rejissoru Cozef Han isə çəkdiyi klipi müdafiə edib. O, bütün ittihamları rəd edib və klipdə sevgidən bəhs edildiyini bildirib.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər