3 Sentyabr 2015 18:48
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Corc Martinin "Buz və alovun mahnısı" romanı əsasında ABŞ-ın HBO telekanalının çəkdiyi "Taxt-tac oyunu" dram serialının çəkilişləri davam edir.

Teleqraf.com burr247-yə istinadən xəbər verir ki, yeni 6-cı mövsümün aktyor heyətinə aktyor Yohan Filip Asbek qoşulub. Bu günlərdə danimarkalı aktyor serialın çəkiliş qrupunun çalışdığı Şimali İrlandiyadakı Ballintoy buxtasına görünüb. HBO kanalının nümayəndləri kastinq barədə xəbərləri şərh etməkdən imtina ediblər. Ancaq ingilisdilli mənbələrin verdiyi məlumata görə, Asbek Euron Qreycoy rolunu ifa edəcək. Bu personaj "Qarğa gözü" adını alıb və Qreycoy evinin nümayəndələrindən biridir. Corc Martinin "Buz və odun mahnısı" romanında Euron Kvellon Qreycoyun ən yaraşıqlı oğullarından biri kimi təsvir edilib.

Rüstəm


Müəllif: