12 Sentyabr 2015 12:54
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekranlarda “Keyxanım” ləqəbi ilə tanınan Ülviyyə Əliyeva yaradıcılığındakı yeniliklərdən danışıb.

Teleqraf. com xəbər verir ki, aktrisa yeni mövsümdən ATV kanalında “Cer-cehiz” layihəsində aparıcılıq edəcək: “Cehiz”in yeni versiyası olan “Cer-cehiz” ilə efirə qayıdırıq. Tünzalə Əliyeva ilə birlikdə aparacağıq. Veriliş inşallah, bu həftə başlayır və bir çox dəyişikliklər ediləcək. Bundan sonra çoxuşaqlı ailələr üçün yarışacağıq. Bununla yanaşı “Zəhmətkeş ulduzlar” verilişini də davam etdirəcəyik. Bütün işlərimi qrafiklə görürürəm və ona görə də hər şeyə vaxt ayıra bilirəm. Sənətimi, çalışmağı sevirəm, enerji doluyam. Heç vaxt işləməkdən bezmirəm. Başqa sənət olsaydı, bəlkə də bu qədər işi bir arada görə bilməzdim, bezərdim. Bizim sənətimiz o qədər rəngarəngdir ki, bezmirsən. Aparıcılıqla yanaşı, Musiqili Teatrda da fəaliyyətim davam edir. Uzun fasilədən sonra doğma sənət ocağımıza qayıtdım”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər