Prezidentin sərəncamı ilə fəxri ada layiq görülən aktyorlar sırasında Cabir İmanov da var.
Teleqraf.com xəbər verir ki, Cabir İmanov əməkdar artist adına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşüb: “Mənə əməkdar artist fəxri adının verilməsinə görə cənab prezidentimiz İlham Əliyevə və Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevə ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Sənətimə verilən qiymətə görə çox sevindim. Mənimlə bu illər ərzində çiyin-çiyinə çalışan qardaşım Tahir və dostlarıma öz minnətdarlığımı bildirirəm. Onlarsız heç bir uğur alınmayıb, alınmır və alınmayacaqdır. Bütün təbriklərə görə hamıya təşəkkürümü bildirirəm. Bundan sonra da çalışacam ki, vətənim Azərbaycan üçün faydalı olum”.
Rəqsanə