17 Sentyabr 2015 20:36
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ANS”in aparıcısı Murad Əzimzadə yenidən tamaşaçıların görüşünə gələcək. Teleqraf.com xəbır verir ki, aparıcı yeni mövsümdə “Xəbərsizsiniz” verilişini aparacaq.

Onun sözlərinə görə, sabah verilişinin ilk buraxılışı olacaq: “Proqram zamanı canlı efirdə gündəmdə olan sosial problemləri müzakirəyə çıxaracağıq. Yəni Azərbaycanda buna bənzər veriliş yoxdur. İlk dəfə canlı efirdə sosial problemləri biz müzakirə edirik”.

Qeyd edək ki, M.Əzimzadə “ANS”ə “Lider” telekanalından gəlib. Hazırda “Xəbərsizsiniz” proqramından savayı “Ağıl dəryası” verilişinin aparıcısıdır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər