18 Sentyabr 2015 21:49
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Forbes jurnalının Amerika nəşri 2015-ci ildə ən çox qazanan modellərin siyahısı hazırlayıb.

Teleqraf.com xəbər verir ki, reytinqdə birinci yeri 44 milyon dollarla braziliyalı Jizel Bundhen, ikinci yeri isə 35 milyon dollarla britaniyalı model Kara Delevin tutub. Üçüncü yerdə Adriana Limadır. Onun il ərzində gəliri 9 milyon dollar təşkil edib.

Ardınca 7,5 milyonla Dautsen Krus, 7 milyonla Natalya Vodyanova, hər ikisi 5,5 milyon dollarla Miranda Kerr, Coan Smolls, hər üçün 5 milyon dollarla Lara Stoun, Alessandra Ambrozio və Kendis Sveynpul gəlir. Reytinqin hazırlanması zamanı modellərin 2014-cü ilin iyunundan 2015-ci ilin iyununa qədər gəlirləri nəzərə alınıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər