Rəqqasə Oksana Rəsulova həmkarı Fatimə Fətəliyevaya rişxənd edib. Fatimənin mahnı ifa etdiyini eşidən rəqqasə həmkarı təəccüblənib: "Oxumağa başlayıb? Onun səsi var? Bizim münasibıtlərimiz haqqında danışmaq istəmirəm. Mən ümumiyyətlə, başqa planetin, o isə başqa planetin insanıdır. Ona görə də məni onunla müqayisə etmək lazım deyil. Nə edir, etsin, məndən uzaq olsun . Mənimlə müqayisə etməsinlər və ümumiyyətlə, heç kimlə müqayisə etməsinlər. Hər insan öz sözünün sahibidir. Hər zaman demişəm ki, Azərbaycanda hind rəqsləri üzrə nömrə bir mənəm! Və indi də deyirəm. Nəinki şou-biznesdə, həyatda da mənə rəqib olmayıb. Rəqqasədən müğənni ola bilər, o şərtlə ki, həqiqətən səsi var. Sonra deyəcək ki, Oksana paxıllığımı çəkir".
Rəqqasə Fatimə Fətəliyevanın həmkarına cavabı gecikməyib. O qeyd edib ki, yerini layiq olmayanlara buraxmaq fikrində deyil: "Həmkarım olan rəqqasənin fikirlərini bir qeydlə sizinlə paylaşmaq istədim. Əzizlərim, siz məndən də gözəl bilirsiniz ki, xalqın gözü tərəzidir. "Məni onunla belə müqayisə etməyin" deyəndə nəyə güvənib deyə bilirsən? Sənin 17 il professional sənətdə əməyin, İncəsənət Universitetinin Xoreoqrafiya fakültəsinin diplomu yoxundur. Nə mənim qədər nailiyyətlərin, nə də başqa arxanalacaq bir şeyin var. Sən və sənin kimilər mənim yadıma düşmür. Mənim həyatım o qədər məşğul və boldur ki, kiməsə fikrimi demək fikrim yoxdur. Nnə də söz atıb "məndən uzaq olsun" deyəcək qədər aşağı səviyyəli deyiləm. İnşallah, sizin də başınız övladlarınıza, ailənizə qarışar, başa düşərsiz. Bu həyatda söz atmaq yalnız sizə qalacaq. Kimin kimə söz atdığı efirdə də göründü. Qaldı ki, mənim mahnı ifa etmıyimə, o mahnı xınayaxdı mərasimlərində ifa etdiyim mahnıdır. Və o mahnıya rolik çəkdirmişəm. O demək deyil ki, müğənni olacam. Mən heç vaxt sənətimi atmaram və yerimi layiq olmayanlara buraxmaram. Çox danışanlara demək istəyirəm ki, ağıllı olun".
Rəqsanə