23 Sentyabr 2015 11:38
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənət adamları həmişə deyirlər ki, siyasətin içində deyilik və siyasətlə əlaqəmiz yoxdur. Mən bu hallarla razılaşmıram”.

Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Ağadadaş Ağayev bildirib. O, qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı, sənətkar həm də siyasətin içində olmalıdır: “Bu, vətənini, torpağını, millətini, musiqi xəzinəsini dünyaya tanıtdırmaq üçün gözəl bir vasitədir, sənətkarın əlinə düşən bir şansdır. Ona görə də biz siyasətdən kənarda qala bilmərik. Bu günə qədər xalqıma səsimlə, sənətimlə, bacarığımla nə verə bilmişəmsə, vermişəm. Bundan sonra isə siyasətdə ömrüm boyu xalqıma xidmət etməyə hazıram. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Əslində təklif olmalıdır ki, mən namizədliyimi irəli sürüm. Mən özüm haqqımda böyük fikirdə ola bilərəm, amma kənardan necə görünürəm, bilmirəm? Hər dəqiqənin öz hökmü var. Bəlkə də bir-iki il keçdikdən sonra özüm millət vəkilliyinə namizədliyimi irəli sürmək üçün təşəbbüsü göstərəcəm”.

Xalq artisti Elza Seyidcahanın millət vəkiliyinə namizədəliyini də dəstəklədi: “Elza xanımın millət vəkilliyinə namizədliyini verməsini sizdən eşidirəm. Və normal qəbul edirəm. Elza xanım gözəl bəstəkardır, müğənnidir. Fantaziyası olan yaradıcı bir insandır. Yaşı azdır. Hər bir vətəndaşın namizədliyini vermək hüququdur və onun da hüququ var. Xalq etimad göstərərsə, seçilərsə, mən də sevinərəm. Nəinki Elza, ümumiyyətlə, sənətdə yeeri olan hər bir sənətkar üçün sevinərəm. Əslində bizi sənətçilər millət vəkiliyik və bütün varlığımızla xalqımıza xidmət edirik. Hansısa bir sənətçinin də özünü başqa tərəfdən göstərmək imkanı varsa, bunun əleyhinə deyil, lehinəyəm. Sənət adamları içərisində universal olanlar da var. Yalnız sənətlə deyil, başqa sahələrdə də qabiliyyəti olan insanlar var”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər