Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bir neçə gün əvvəl boşandığı həyat yoldaşı Tolqa Karellə bağlı açıqlama verib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o, aktyorla ailəli olduqları müddətdə dəfələrlə fiziki şiddətə məruz qaldığını etiraf edib. Model Tolqanın 3 yaşlı oğlu Cahangiri çox istədiyinə şübhə etdiyini də bildirib.
Bir müddət əvvəl "Bu çətinliklər bitsin həm oğlum, həm də özüm üçün qurban kəsəcəm" deyən Günay vədinə əməl edib. O, kəsdirdiyi qurbanı kimsəsiz uşaq evinə bağışlayıb.