“Hatırla Gönül” serialıyla ekranlara qayıtmağa hazırlaşan aktrisa Gökçe Bahadır “Hürriyet” qəzetinə müsahibə verib.
Aktrisa şəxsi həyatına aid məsələlərlə yanaşı, eşqə olan münasibətindən də danışıb. Gökçe sevgi məsələlərində öz qayda-qanununun olduğunu deyib. Aktrisa çəkildiyi serialda 3 nəfər arasında yaşanan eşq münasibəti haqda bunları deyib:
“Üç nəfərin olduğu münasibət sevgi ola bilməz. Eşq iki nəfər arasında olmalıdır, vəssalam. Aşiq olsam, ürək döyüntüm dəyişir. Kiminləsə münasibətə başlayıramsa, həmin adam romantik, yalan söyləməyən olmalıdır. Yağışda əl-ələ tutaraq gəzməli, romantik mesajlar yazmalı, sürprizlər etməlidir... Yüngül davalar da olsa, olar”.
G.Bahadur “30 yaş kompleksi”ndən də danışıb:
“20 yaşın olarkən elə düşünürsən ki, vaxt keçməyəcək, elə o yaşda da qalacaqsan. Ancaq 30 yaşın olanda isə vaxtın çox sürətlə irəlilədiyini və heç bir anı boş keçirmək istəmədiyini başa düşürsən. Artıq nələrin məni xoşbəxt etdiyini bilirəm. Çox şeyə bir o qədər də fikir vermir, çox fikirləşib, az danışıram”.
“Haqqınızda kişi kimi qadındır deyirlər” sözlərinə Gökçe belə cavab verib:
“Ola bilər (gülür). Heç vaxt şahzadə olmadım. Məhəlləmizdə futbol oynayan, üz-gözü yara içində olan uşaq idim. Öz işimi həmişə özüm etmişəm. Deyəsən, onun təsiri hələ də davam edir”.
Aktrisa seksual qadın hesab edilməsinə də münasibət bildirib:
“Seksual olmağın dekolteli geyimlə əlaqəsi yoxdur. Elə qadınlar var ki, açıq-saçıq geyinməsələr də, seksual görünürlər. Bu tamamilə aura ilə bağlıdır. Əslində, seksual görünmək üçün heç nə etmirəm. Məni seksual hesab edəndə bu xoşuma gəlir. Çünki “seksual”sözü mənim üçün gözəllik ifadə edən kəlmədir”./Axşam.az