5 Oktyabr 2015 18:24
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sizə çörək verən bir insana salam vermədiniz”

Aparıcı Nanə Ağamalıyevanın “Nanəli” verilişində xalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadənin Flora Kərimovaya gec salam verməsi ikincinin narazılığına səbəb olub. F.Kərimova bildirib ki, insanlar arasında intellektlə, mədəniyyətlə qəbul edilmək lazımdır: “Verilişə daxil olan zaman sizə çörək verən bir insana salam vermədiniz. Oturdunuz və sonra dilimin ötkəmliyindən çəkinib salam verdiniz. Bu səhnə və münasibət mədəniyyətdir. Hər insanın adının altında şəxsiyyəti durur. Bunu qeyd etdim ki, hamıya dərs olsun”.

Nadir Qafarzadə isə “Sizə dedim axı, bu verilişə gəlməyim, mənim daşım ağırdır” deyə qeyd edib.

Rəqsanə


Müəllif: