15 Oktyabr 2015 11:02
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricə çıxışına qadağa qoyulduğu deyilən xalq artisti Aygün Kazımova dünən gecə saatlarında Türkiyəyə yol düşüb.

Teleqraf.com xəbər verir ki, xalq artisti “İnstagram” səhifəsində təyyarədə çəkdirdiyi fotonu paylaşaraq “Salamat qalın” deyə qeyd edib.

Xalq artistinin ölkədən çıxışına Natavan Həbibi də münasibət bildirib: “Qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən kənara çıxanlar var. Hər gedişin bir dönüşü var. Hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabedir”.

Bir müddət əvvəl müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov Aygün Kazımovanın ölkədən kənara çıxışına qadağa qoyulduğunu qeyd etmişdi.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər