16 Oktyabr 2015 14:01
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya estradasının canlı əfsanəsi Alla Puqaçovanın keçmiş sevgilisi Vladimir Kuzmin primadonna haqqında danışıb.

Teleqraf.cop xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət Puqaçova ilə birlikdə olan Kuzmin ayrıldıqdan sonra Amerkaya gedib. Bir çoxları Kuzmini həyatındakı ən yaxşı şansı əldən verdiyi üçün qınasa da, ifaçı özü belə düşünmür.

Sənətçi Alla Puqaçova ilə ayrıldıqdan sonra azad olduğunu və öz yolu ilə gedə bildiyini söyləyib.

"Allaya olan bütün hörmətimə baxmayaraq, onun şöhrətinin dənizində üzə bilmədim. Bəlkə bu uşaqlıqdı, ancaq ona görə məhşurlaşdığımı deyəndə dözə bilmirdim. Ağıllı bir xanım kimi bunu başa düşürdü və sonda məni buraxdı".

Təxminən 30 il öncəyə nəzər salan Kuzmin məşhur müğənninin ona təsirinin yaradıcılığına mənfi təsir göstərcə biləcəyini deyib. O, Alla Puqaçova ilə ayrıldığına görə təəssüf hissi keçirmədiyini də bildirib. Sənətçi hazırda primadonna ilə dostluq münasibətinin olduğunu söyləyib.

Qeyd edək ki, Alla bir neçə dəfə Kuzminin bütün xərclərini ödəyərək "Yeni il" şənliklərinə dəvət edib.

Rüstəm


Müəllif: