Məşhur “Mavi qan” serialının ulduzu, aktrisa Bricit Moynahan nyu-yorklu iş adamı Endryu Frankelə ərə gedib.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, tanınmış aktrisa ilə iş adamının toyu Hemptonda dostlarının və yaxınlarının əhatəsində baş tutub. Bricit ərə getməsi haqda xəbəri sosial şəbəkədə foto paylaşaraq elan edib. B.Moynahan şəklə “Təsəvvürünüzə gətirə bilməzsiniz, mən bunu etdim” sözlərini yazıb.
Xatırladaq ki, Bricit daha əvvəl idmançı Tom Bredi ilə qeyri-rəsmi münasibətdə olub. Cütlüyün hətta bu münasibətdən Con adlı bir oğlu da var. Tom hazırda model Jizel Bündhenlə ailəlidir. Endryu Frankelin əvvəlki nikahından isə 3 oğlu var.