Aparıcı Aytən Səfərova ana olduqda onu ziyarətə gələnlər sırasında ANS-in aparıcısı Elnarə Təhməzova da olub.
Aparıcı Teleqraf.com-a açıqlamasında aparıcı Elnarə Təhməzovaya təşəkkür etdi: “Elnarə Təhməzova ilə həmkarıq. Bəzən deyirlər ki, yaradıcılıq olan yerdə dostluq olmur. Mən o fikirlə razı deyiləm. Xəstəxanada adamın gözü qapıda qalır. Elnarə Təhməzova həmişəki kimi çox diqqətcildir. Mehriban və əsl yoldaş, həmkar olduğunu nümayiş etdirdi”.
A.Səfərova övladını dünyaya gətirdiyi Respublika Kliniki Xəstəxansının heyətindən də razı qaldığını qeyd etdi: “Əsəblə bağlı və s bir sıra problemlər yaşadım. Respublika Kliniki Xəstəxansının həkim heyəti çox sağ olsunlar. Hazırda hər şey yaxşdır”.
Aparıcının yaxın günlərdə ikinci övladı dünyaya gəlib.
Rəqsanə