20 Oktyabr 2015 14:36
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-bəstəkar Murad Arif televiziya karyerasını dayandırmaq istəyir.

Teleqraf.com xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb: “Son zamanlar, televiziya karyeramı dayandırmağı ciddi-ciddi düşünürəm. Məni özüm üçün mahnı yazıb, oxumaq daha xoşbəxt edir. Cəmi bir il ərzində iki klip - "Həyat Yoldaşımsan" və "İnşallah" mahnılarını təqdim edib, inanılmaz sevgi ilə rastlaşdım. Olduğum yerdən məmnunam və sırf bu yolu daha da inkişaf etdirmək istərdim. Yaşamağa yalnız 1 həyat verilirsə, arzularımı gerçəkləşdirmək ən önəmlisi deyilmi?!”.

Murad Arif Lider televizyasında yayımlanan “Solo” verilişinin aparıcısıdır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər