21 Oktyabr 2015 09:04
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustda 13 ildir birlikdə olduğu musiqiçi Qevin Rossdeyldən ayrılan müğənni Qven Stefani Used to love you” (“Səni sevmək istərdim”) adlı yeni mahnısına çəkilmiş klipini təqdim edib.


Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, bir neçə gün əvvəl Nyu-Yorkdakı konsertində boşandıqdan sonra yazdığı ilk mahnısını səsləndirmişdi. Boşanma vaxtı sərvətlərinin bölünməsində ciddi problem yaşayan müğənni ifasından əvvəl deyib:

"Bu yaxınlarda yazdığım mahnını sizlərlə bölüşmək istəyirəm. Bu çox xüsusi mahnıdır".

Mahnıda "heç kim sənə sevməyi öyrədə bilmədi", "mən düşünürdüm ki, sən hamından yaxşısan" ifadələri Stefaninin hələ də acı çəkdiyini düşünməyə əsas verib.

Qeyd edək ki, Q.Stefani və Q.Rossdeyl 1996-cı ildən sevgili olublar, 2002-ci ildə isə onlar münasibətlərini rəsmiləşdiriblər. Cütlüyün bu zamanda üç uşağı dünyaya gəlib.


Müəllif:

Oxşar xəbərlər