Əməkdar artisti Gülnar Salmanovanın ötən gün axşam saatlarında səhhəti pisləşib. O, xəstəxanaya yerləşdirilib.
Əməkdar artistin səhhəti haqqında Teleqraf.com-a danışan həkim Rüstəm Verdiyev dedi ki, onun vəziyyəti stabildir: “Gülnar xanım, 3 Saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir. Səhhətindəki ağırlıq dializlə bağlı deyil, mədə-bağırsaqda qanaxma şübhəsi var. Ona görə xəstəxanada, həkim nəzarətində saxlanır. Vəziyyəti stabildir. Həftədə üç dəfə dializə gəlir və bu gün də növbəti dializini götürüb. Həkimlər qanaxma olmasın deyə onu nəzarətdə saxlayırlar. Dünən mədə-bağırsağında cüzi qanaxma olub, həkimlər də lazımi müdaxilələr ediblər və qanaxma bu gün səhər kəsib”.
Rəqsanə