Arif Quliyevin səhhətində problem yaranıb.
Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhəti ilə bağlı həkimə müraciət etdiyini deyib: “Təzyiqim qalxdığına görə xəstəxanada idim. İndi evə gedirəm. Allah hamıya şəfa versin. Həyatdır və hamı bu dünyadan bir adla gedir. Artıq səhhətim yaxşıdır. Beyin daxili təzyiqim 190 idi. Mütəmadi olaraq ev şəraitində müalicə qəbul edirəm. Prezidentimiz məni səhhətimə görə Türkiyəyə göndərmişdi. Orada əməliyyat keçirdim. Beyin sinir sisteminin damarlarında müalicə götürdüm. Hazırda təqaüdçüyəm və istirahət edirəm. Qoy cavanlar işləyib, özlərini göstərsinlər. Biz də baxaq fəxr edək”.
Rəqsanə