2 Dekabr 2015 16:01
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stilist Anar Atakişiyev və müğənni Roza Zərgərli arasında qalmaqal bitmək bilmir.

Stilist Teleqraf.com-a R.Zərgərlinin onu məhkəmə ilə hədələməsinə münasibət bildirib: “Onunla məşğul olmağa nə vaxtım, nə də zamanım var. Adam öldürməmişəm ki, məhkəməyə versin. Əksinə, təhqir etdiyinə görə mən onu məhkəməyə verməliyəm. Ümumiyyətlə, onu reklam etmək istəmirəm. O, bədbəxt bir insandır. Bilmir ki, kimə söz atıb özünə piar qazansın. Getsin nə halı varsa görsün”.

R.Zərgərli Big.az-a açıqlamasında bildirib ki, Anara bir həftə vaxt verib: “Əgər mənim əleyhimə olan faktları tapıb ortaya çıxartmasa, onunla məhkəmədə görüşəcəyik".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər