4 Dekabr 2015 14:06
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İzzət Bağırzadəni özündən çıxarıblar.

Teleqraf.com xəbər verir ki, müğənninin əsəbiləşməsinə səbəb “İnstagram” izləyiciləri olub: “26 ildir ki, bu sahədə öz mədəniyyətimlə, ifamla, dinimlə-imanımla tanınmışam. Dünən izləyicilərdən biri gecə saat 4-də səhifəmdə nalayiq sözlər işlədib. Səhər baxıb, çox əsəbiləşdim. İnsanlar çox aqressiv olmağa başlayıb. Bu xüsusilə də müğənnilərdə özünü göstərir. Bir şəkil paylaşan kimi müğənninin ayaqqabısına, saatına, geyiminə və s. baxıb irad tutmağa çalışırlar. Bilərəkdən gecə yazırlar ki, həmin an ona cavab verə bilməyim.

Bəziləri müğənnilər haqqında hər gün yersiz tənqidlər, söyüşlər yazırlar. Bizdə insanıq, daşdan, betondan deyilik ki... Hər insanın zəif nöqtəsi var. Bu adam məni necə özümdən çıxardısa o cür ifadələr işlətməyə məcbur oldum. Buradan bütün izləyicilərimə səslənirəm ki, nəsə yazanda öncə düşünün, sonra yazın! Məni təhqir edən şəxsi məhkəməyə verəcəm. Hər kəs cəzasını alacaq”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər