10 Dekabr 2015 16:27
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tənqidlərdən nəticə çıxara-çıxara xalq artisti olmuşam. O, insanlara minnətdaram ki, mənə təmənnasız dəstək oldular”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Arif Quliyev deyib: “Sənətə gələn ilk gündən dəstək görmüşəm. Amma tanınmağa başladıqdan sonra bəzi insanlar tərəfindən qısqanclıqla qarşılaşmağa başladım. Əgər qısqanclıq olmasa inkişaf edə bilməzsən. Sənə edilən pisliklərə sənətinlə cavab verirsən. Onu da deyim ki, xalq səni nə qədər sevirsə, o qədər düşmənlərin çoxalır. Ən önəmlisi badalaq vuranlara və pislik edənlərə qoşulmamaqdır”.

Rəqsanə


Müəllif: