“Oğlan evi” filminin rejissoru İlham Qasımov "V element" verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, verilişdə aparıcı Hüsniyyə Məhərrəmova ilə İlham Qasımov arasında anlaşılmazlıq yaranıb. H.Məhərrəmova "Oğlan evi" filmində Fərda Xudaverdiyevin obrazını bəyənmədiyini deyib: "Fərda ilə qəsd-qərəzliyim yoxdur. Sadəcə, Fərdanın obrazı xoşuma gəlmədi”.
Rejissorun isə aparıcıya cavabı gecikməyib: "Mənim bu sahədə böyük təcrübəm var. Mən deyirəm ki, Fərda öz obrazının öhdəsindən çox yaxşı gəlib”.
Rəqsanə