14 Dekabr 2015 12:11
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqallarda adı hallanmayan, daha çox yaradıcılığı ilə məşğul olan xalq artisti Ağadadaş Ağayev işlərindəki yeniliklərdən danışıb.

Teleqraf.com xəbər verir ki, sənətçi “Muz TV”-yə açıqlamasında veriliş aparacağını deyib: “Sənət adamı hər zaman yaradıcılığı ilə məşğul olur. Nə qədər ki, bu sənət var biz də fəaliyyət göstərəcəyik. Hazırda albom hazırlığı gedir. İki albom çıxartdıracam. Onu da deyim ki, hər proqrama çıxa bilmirəm. Televiziya kanallarının birindən təklif almışam. Kanalın adını açıqlamayacam. İnşallah, nəsib olsa məni yaxın vaxtlarda ekranlarda aparıcı kimi görəcəksiniz”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər