Ramiz Əzizbəylinin qızı Cəlalə atasının səhhəti ilə bağlı Teleqraf.com-a məlumat verib.
O, xalq artistinin vəziyyətinin normal olduğunu deyib: “Ev şəraitində müalicəsi davam edir. Hərəkəti normaldır. Evdə yavaş-yavaş hərəkət edir. Amma əli işləmir. Həkimə gedib-gəlir. Bəzən bizim köməkliyimizlə həyətə düşür. Sənət dostları da zəng edib atamın səhhəti ilə maraqlanırlar. Hətta evimizə də gəlirlər”.
Rəqsanə