20 Dekabr 2015 11:57
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Sanya şəhərində “Dünya gözəli-2015” beynəlxalq gözəllik müsabiqəsi baş tutub.

Yarışmanın bu ilki qalibi ispan gözəli Mireya Lalaquna Royo olub. İkinci yeri isə rusiyalı Sofiya Nikitçuk tutub. Üçüncü yerin sahibi isə indoneziyalı iştirakçı Aninda Kusuma Putri olub.

Qeyd edək ki, müsabiqəyə 115 ölkənin nümayəndələri qatılıb. Finalda isə “gözəllik kraliçası” tacı uğrunda cəmi 25 namizəd mübarizə aparıb.

Xatırladaq ki, ötən il “Dünya gözəli” adını CAR-dan Rolin Strauss qazanmışdı./Axşam.az










Müəllif:

Oxşar xəbərlər