Müğənni Ebru Gündeş konsert verib.
İfaçını izləməyə gələnlər arasında Cihan-Atasay Kamer, Numan Ceylan, Dərya Ayaydın, Necati Demirkol, Səlcuq İnan və Sıla da olub.
Gecədə sonuncu albomuna daxil olan mahnılarını səsləndirən Ebru həmkarı İbrahim Tatlısəsə səslənib. O, illər sonra yeni albomu üçün səsyazma studiyasına girən Tatlısəsə bu ismarışı göndərib:
“Bu böyük səsə böyük alqış istəyirəm. Albom üçün studiyaya girdiyini öyrəndim. Çox xoşbəxtəm. Həyəcanla gözləyirik”.
Axşam.az