28 Dekabr 2015 11:01
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə türk vətəndaşı ilə ailə quran müğənni Aytac Vidadiqızı İstanbulda da toyu olacağını deyib.

Müğənni toyu haqqında təəssüratlarını Teleqraf.com-a bölüşüb: “Bütün qohumlarım və mənə əziz olan sənət dostlarım yanımda oldular. Toyumda sənət aləminin ən görkəmli nümayəndələri iştirak etdi. Hətta unudub dəvət etmədiyim bir sıra insanlar məni təbrik etdi. Həyat yoldaşımın qohumları Türkiyədə yaşadığına görə toyda yalnız ailə üzvləri iştirak etdi. Ona görə də Bakıda qız toyu oldu. Oğlan toyu yanvarda Türkiyədə olacaq. O toy daha möhtəşəm olacaq. Daha sonra isə bal ayına yollanacağıq”.

Aytac Vidadiqızı toyuna dəvətli olan bəzi həmkarlarının gəlməməsinə də münasibət bildirib: “Toy insan həyatında dost-düşmənini müəyyən etmək üçün gözəl təcrübədir. Mən də toyumdan sonra üzümə gülən yalançı dostlarımı tanıdım. Dost bildiyim az sayda sənət yoldaşım oldu ki, məni sözlə belə təbrik etmədi. İnsan uman yerdən küsər. Onların bütün tədbirlərində, xeyir işlərində iştirak etmişəm. Mən heç kəslə pula görə dostluq etmirəm. Amma görünür çoxu mənim puluma, var-dövlətimə görə dostluq edib”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər