1 Fevral 2016 17:39
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Geyimlərimin bahalı olmasına can atmıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Sevda Yəhyayeva “ATV” telekanalında yayımlanan “100 ölç, 1 biç” verilişində deyib: “Büdcəmə görə alış-veriş edirəm. Özümə yaraşan paltarları geyinməyə çalışıram. Paltarın qiyməti yox, keyfiyyəti önəmlidir. Paltarım mütləq bahalı butiklərdən olmalıdır deyə özümə şərt qoymuram. İnsanın öz zövqü olmalıdı və özünə yaraşanı bilməlidir”.

Müğənni vaxtilə geyim yarmarkalarına üz tutduğunu da açıqlayıb: “Sonuncu dəfə heç bir geyim yarmarkasına üz tutmamışam. Özüm üçün bəyəndiyim bir paltar tikdirmişdim. Əlbəttə ki, geyim yarmarkalarına da müraciət etmişəm. Şəhərin tanınmış butiklərində tapa bilmədiyin paltarları yarmarkalarda tapmaq mümkündür. Çünki orada çeşidlər daha çoxdur”.

Rəqsanə


Müəllif: